İnter Yusuf Akçiçek üçün 16 milyon avro təklif etdi – Fənərbaxça rədd etdi

23 avqust 2025

|

267

“İnter” Yusuf Akçiçek üçün 16 milyon avro təklif edib, lakin “Fənərbaxça” müdafiəçini 20 milyon avrodan aşağı satmaq istəmir.
İnter Yusuf Akçiçek üçün 16 milyon avro təklif etdi – Fənərbaxça rədd etdi

“İnter” “Fənərbaxça”nın müdafiəçisi Yusuf Akçiçeki transfer etmək istəyir.

A Seriyası təmsilçisi türkiyəli futbolçu üçün İstanbul klubuna rəsmi təklif göndərib. “Corriere dello Sport”un məlumatına görə, “İnter” Yusuf üçün 16 milyon avro təklif edib.

Lakin “Fənərbaxça” bu məbləği qəbul etməyib. Klub 19 yaşlı mərkəz müdafiəçisini yalnız 20 milyon avro və ya daha yüksək qiymətə satmağı düşünür.

Yusuf Akçiçek 2019-cu ildə “Fənərbaxça”nın akademiyasına qoşulub. Türkiyə millisinin üzvü ötən mövsüm 20 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Canlı nəticələr, transfer xəbərləri, günün oyunu, proqnozlar, idman xəbərləri, xüsusən də futbol – hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon