27 oktyabr 2025
|105

Daniel Farkenin rəhbərlik etdiyi “Lids Yunayted” qış transfer pəncərəsi ərəfəsində ciddi güclənmə planları qurur. Komanda Afrika mənşəli istedadlı yarımmüdafiəçi İssuf Sissokonun transferi istiqamətində mühüm irəliləyiş əldə edib.
Premyer Liqada yenicə yüksəlmiş “Lids Yunayted” mövsümə dəyişkən formada başlayıb. Son turda “Vest Hem” üzərində qazanılan çətin qələbə ilə komanda 15-ci pilləyə qalxıb və enmə zonasından bir qədər uzaqlaşıb. Buna baxmayaraq, Daniel Farke heyətin dərinliyindən narazıdır və yanvar ayı üçün həm yarımmüdafiəyə, həm də cinah xəttinə yeni transferlər planlaşdırır.
“Football Insider”in məlumatına görə, “Lids Yunayted” 23 yaşlı maliyalı yarımmüdafiəçi İssuf Sissokonun xidmətlərində maraqlıdır. Sissoko ötən yay “Makabi Təl-Əviv”ə keçdikdən sonra həm yerli çempionatda, həm də Avropa Liqasındakı çıxışı ilə parlayıb. Onun yüksək səviyyəli performansı İngiltərə klublarının da diqqətini cəlb edib.
Məlumata görə, Sissoko özü də Premyer Liqada oynamaq istəyir və “Elland Road”a keçid ideyasına müsbət yanaşır. Bu, “Lids Yunayted” üçün danışıqlarda böyük üstünlük hesab olunur.
Futbol jurnalisti Pit O’Rurk “Football Insider”ə açıqlamasında bildirib:
“Sissoko haqqında çox adam hələ bilmir, amma bu, maraqlı transfer ola bilər. O, həm ucuz başa gələ biləcək variantdır, həm də çox potensiallı futbolçudur. Mali millisinin üzvü kimi Premyer Liqaya keçmək fürsətini mütləq dəyərləndirmək istəyəcək.”
“O, ‘box-to-box’ tipli yarımmüdafiəçidir, Anton Ştah və Şon Lonqstaftdan daha çox müdafiə yönümlü oyunçu sayılır. ‘Lids’ onu izləyir və çox güman ki, yanvarda təkliflə çıxış edə bilər.”
“Lids Yunayted” rəhbərliyi artıq Sissokonun transferi üçün ilkin danışıqlara başlayıb. Onun “Makabi Təl-Əviv”lə müqaviləsi 2027-ci ilə qədər olsa da, klubu münasib məbləğ qarşılığında futbolçunu satmağa açıqdır. Bu da İngiltərə təmsilçisinə transferi “bargain” – yəni əlverişli qiymətə reallaşdırmaq imkanı yaradır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
