10 fevral 2026
|81

“Everton”un futbolçusu Cek Qriliş əməliyyat olunub. İngiltərəli vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bir müddət əvvəl zədələnən Qriliş ayağındakı sınıq səbəbindən cərrahi müdaxiləyə məruz qalıb. Klubun baş məşqçisi Devid Moyes yerli mətbuata açıqlamasında bildirib ki, 30 yaşlı futbolçu mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Everton” Qrilişi mövsümün əvvəlində “Mançester Siti”dən icarəyə götürüb. İngiltərə millisinin üzvü Mersisayd klubunun heyətində 22 oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
