26 dekabr 2025
|173

Keçmiş “Marsel” və Fil Dişi Sahili millisinin baş məşqçisi Jean-Louis Gasset bu gün səhər saatlarında 72 yaşında dünyasını dəyişib. Bu barədə “Monpelye” klubu rəsmi məlumat yayıb.
“Monpelye” klubunun qurucusu Bernard Gassetin oğlu olan Jean-Louis Gasset Fransa futbolunda sevilən və hörmət edilən fiqur idi. Futbolçu karyerasının tamamını “Monpelye”də keçirən Gasset daha sonra məşqçi kimi tanındı.
Gasset ən böyük uğurlarını Laurent Blancın köməkçisi kimi qazanıb. O, “Bordo”, Fransa milli komandası və PSJ-də Blancla birlikdə çalışıb. 2016-cı ildə PSJ-dən ayrıldıqdan sonra müstəqil məşqçi karyerasına başlayıb.
Jean-Louis Gasset “Monpelye”, “Sent-Etyen”, Fil Dişi Sahili millisi və “Marsel”ə rəhbərlik edib. “Marsel” onu iki il əvvəl Gennaro Qattuzonun əvəzinə gətirmişdi. 2024-cü ildə müqaviləsi bitdikdən sonra klub Roberto De Zerbi ilə anlaşmışdı.
Jean-Louis Gassetin vəfatı Fransa futbolu üçün böyük itkidir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
