11 fevral 2026
|75

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jesus komandanın Kriştiano Ronaldo ilə yollarını ayıracağı təqdirdə klubdan getməyə hazırdır.
Məlumata görə, portuqaliyalı mütəxəssis rəhbərliyə bildirib ki, 41 yaşlı hücumçunun gələcəyi tam aydınlaşmayana qədər yayda başa çatan müqaviləsinin uzadılmasını müzakirə etməyəcək.
Eyni zamanda, mənbələr Jesusla yeni müqavilənin ümumiyyətlə gözlənilmədiyini vurğulayır. Bildirilir ki, məşqçinin tələblərini qarşılamaq çətindir.
Qeyd edək ki, Jorje Jesus 2025-ci ildən “Əl-Nəsr”ə rəhbərlik edir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
