3 yanvar 2026
|97

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Çelsiyə öz xidmətlərini təklif edib. İspaniyanın Fichajes nəşrinin məlumatına görə, London klubu Enzo Mareskanın istefasından sonra yeni baş məşqçi axtarışındadır və 62 yaşlı Mourinyo bu posta qayıtmaq istəyir.
Mourinyo karyerası ərzində Porto ilə Çempionlar Liqasını qazanıb, Çelsi, İnter, Real Madrid və Mançester Yunayteddə uğurlu dövrlər keçirib. O, həmçinin Roma ilə Avropa kuboku əldə edib. Son illərdə əvvəlki formasından uzaq düşsə də, hazırda Benfika ilə müsbət nəticələr göstərir.
Buna baxmayaraq, Çelsinin indiki sahibi BlueCo daha çox gənc və klub rəhbərliyi ilə problem yaratmayan məşqçi modelinə üstünlük verir. Bu səbəbdən Mourinyonun geri dönüşü real variant kimi görünmür.
Mediada yayılan digər xəbərlərə görə, Çelsidə əsas namizəd Liam Rozenior sayılır. Mourinyonun isə yaxın zamanda Benfikadan ayrılması gözlənilmir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
