4 fevral 2026
|75

Nqolo Kantenin “Fənərbaxça”ya mümkün transferi gündəmdə qalmaqda davam edir. Son məlumatlara görə, proses müsbət istiqamətdə irəliləyir.
Mənbənin bildirdiyinə görə, fransalı yarımmüdafiəçi və “Fənərbaxça” rəhbərliyi birgə şəkildə “Əl-İttihad”ı futbolçu ilə mövcud müqaviləni ləğv etməyə razı sala biliblər.
Bu addımdan sonra İstanbul klubunun 34 yaşlı Kanteni rəsmi olaraq transfer etdiyini elan etməsi gözlənilir. Müqavilə detalları ilə bağlı məlumatın yaxın günlərdə açıqlanacağı bildirilir.
Xatırladaq ki, daha əvvəl “Fənərbaxça” Səudiyyə Ərəbistanı klubunu Kantenin transferinin baş tutmamasında günahlandırmışdı.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
