14 avqust 2025
|187

Belçikalı müdafiəçi “Rossoneri” ilə müqavilə imzaladı
“Milan” “Cenoa” klubundan Koni De Vinterin transferini rəsmən elan edib. Belçikalı müdafiəçi klubla 30 iyun 2030-cu ilədək müqavilə imzalayıb.
2002-ci il 12 iyunda Belçikanın Antverpen şəhərində anadan olan Koni De Vinter futbol karyerasına “Liers” və daha sonra “Zulte Varegem” komandalarının gənclər sistemində başlayıb, 2018-ci ildə “Yuventus”a qoşulub. O, Turin klubunun gənclər və U23 komandalarında çıxış edib. Birinci komandadakı debütünü 23 noyabrda Çempionlar Liqasında “Çelsi”yə qarşı oyunda edib. “Empoli”yə icarə verildikdən sonra “Cenoa”ya keçib və iki mövsümdə 57 oyuna çıxıb, 3 qol vurub.
Mart 2024-də ilk dəfə Belçika millisinə dəvət alıb və İrlandiya Respublikasına qarşı oyunda yığmada debüt edib.
Koni De Vinter “Milan”da 5 nömrəli formanı geyinəcək.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
