Lamin Yamal ikinci dəfə ilin ən yaxşı gənc futbolçusu seçildi

23 sentyabr 2025

|

207

“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal ardıcıl ikinci dəfə Reymon Kopa mükafatını qazandı.
Lamin Yamal ikinci dəfə ilin ən yaxşı gənc futbolçusu seçildi

Lamin Yamal France Football versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.

“Barselona”nın və İspaniya millisinin 18 yaşlı vingeri “Qızıl top” mükafatının təqdimetmə mərasimində Reymon Kopa adına trofeyi qazanıb. İspaniyalı futbolçu bu mükafatı ardıcıl ikinci dəfə əldə edib.

Bu mükafata 21 yaşdan kiçik oyunçular iddia edə bilirlər. Yamal səsvermədə Pau Kubarsini (“Barselona”), Ayyub Buaddini (“Lill”), Dezire Duen (“PSJ”), Estevaonu (“Çelsi”/“Palmeyras”), Dina Heysenini (“Real”/“Bornmut”), Maylz Luis-Skelini (“Arsenal”), Rodrigo Morunu (“Portu”), Juao Neveşi (“PSJ”) və Kenan Yıldızı (“Yuventus”) qabaqlayıb.

 

Canlı nəticələr, transfer xəbərləri, günün oyunu, proqnozlar, idman xəbərləri – hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon