3 fevral 2026
|81

“Barselona”nın prezidenti Joan Laporta növbəti prezident seçkiləri və komandanın baş məşqçisi Hansi Fliklə bağlı diqqətçəkən açıqlamalar verib.
Laporta bildirib ki, yenidən prezident seçiləcəyi təqdirdə Flik istədiyi müddətcə komandanın baş məşqçisi olaraq qalacaq. Klub rəhbəri alman mütəxəssisi həm peşəkar, həm də insani keyfiyyətlərinə görə yüksək qiymətləndirib.
Prezidentin sözlərinə görə, Flik təcrübəli futbolçularla yanaşı, gənc oyunçulardan ibarət heyəti idarə etməyi mükəmməl bacarır və hazırkı “Barselona” üçün ideal seçimdir.
Laporta vurğulayıb ki, Flikin gəlişi ilə komanda hazırda olduqca müsbət bir mərhələdən keçir.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri mart ayında keçiriləcək.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
