19 avqust 2025
|223

"Feyrense"nin forvardı Leandro Antuneşin "Qarabağ"a keçə biləcəyi haqda xəbərlər yayılmışdı.
Portuqaliyalı hücumçu böyük ehtimalla Ağdam klubuna keçməyəcək.
28 yaşlı futbolçunun transferi "Qarabağ" üçün prioritet məsələ deyil. Bildirilir ki, Antuneş bir müddət əvvəl siyahıda olub, lakin sonradan ölkə çempionu onun transferindən imtina edib.
2024-cü ildən “Feyrense”də çıxış edən forvardın müqaviləsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.
Antuneş daha əvvəl Portuqaliyanın “Braqa” B, “Vilafrankense”, “Marinhense” və “Leyriya” klublarında çıxış edib.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
