19 yanvar 2026
|97

Leeds United Bundesliqa klubu Werder Bremenin futbolçusu Romano Şmidi heyətinə qatmaq istəyir. Fabrizio Romanonun məlumatına görə, İngiltərə klubu artıq transfer üçün qarşı tərəflə danışıqlara başlayıb.
24 yaşlı avstriyalı yarımmüdafiəçinin qiyməti təxminən 15 milyon avrodur. Leeds United Premyer Liqada qalmaq uğrunda mübarizədə yarımmüdafiədə keyfiyyət və dərinlik çatışmazlığı yaşayır.
Romano Şmid bu mövsüm bütün turnirlərdə 2 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib. Oyun quruculuğu və yaradıcılığı ilə komandanın hücum xəttinə töhfə verə bilər.
Premyer Liqaya keçid Romano Şmid üçün karyerasında ciddi addım sayılır. Leeds üçün isə bu transfer münasib qiymətə gələcək üçün dəyərli investisiya ola bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
