[Premium] Levante – Osasuna: Statistika və proqnoz

8 may 2026

|

19

Levante və Osasuna arasında keçiriləcək La Liga matçında gərgin mübarizə və çoxlu kart gözlənilir.
[Premium] Levante – Osasuna: Statistika və proqnoz

Levante UD La Liqada qalmaq uğrunda mübarizəsini davam etdirir və bu qarşılaşma onlar üçün həyati əhəmiyyət daşıyır. Komanda son turda Villarreal CF qarşısında 1:5 hesabı ilə ağır məğlubiyyət alsa da, ev oyunlarında daha stabil təsir bağışlayır. Levante son üç ev matçının hamısını qazanıb və məhz bu faktor onları yenidən favorit mövqeyinə gətirir.

Komandanın heyətində problemlər də az deyil. Adrian de la Fuente, Carlos Alvarez və Ivan Romero kimi oyunçular zədəyə görə kənardadır. Kervin Arriaga isə cəzalıdır. Buna baxmayaraq, Levante evdə daha aqressiv və emosional futbol oynayır.

CA Osasuna isə səfər oyunlarında ciddi problemlər yaşayır. Komanda son dörd səfər matçında cəmi 1 xal toplayıb və üç aydır deplasmanda qalib gələ bilmir. Bununla belə, Osasuna Levanteyə qarşı son dörd qarşılaşmada məğlub olmayıb.

Əsas statistika

  • Levantenin son 9 oyunundan 8-də minimum 5 kart göstərilib.
  • Osasunanın son 5 matçının 4-də hər iki komanda qol vurub.
  • Son 6 H2H oyunun 5-də ilk qolu Osasuna vurub.
  • Levante evdə ardıcıl 3 qələbə qazanıb.
  • Osasuna son səfər qələbəsini fevralın əvvəlində əldə edib.

Proqnoz və mərc seçimi

Bu qarşılaşmanın gərgin və fiziki mübarizə şəraitində keçməsi gözlənilir. Hər iki komanda üçün xal itkisi təhlükəlidir və bu da oyunda sərt müdaxilələrin sayını artıracaq.

Ən məntiqli seçim:

  • 4+ kart sayı olacaq



Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon