14 fevral 2026
|77

Lionel Messinin 2026-cı il dünya çempionatında iştirakı sual altındadır.
Məlumata görə, “İnter Mayami”nin hücumçusu mundialda oynayıb-oynamamaq qərarını fiziki vəziyyətinə əsasən verəcək. 38 yaşlı futbolçu yeni MLS mövsümünə hazırlaşır və yayda turnirdə iştirak edə bilər, lakin bu, hələlik dəqiq deyil.
Bildirilir ki, Messi özünü 100 faiz hazır hiss etməsə, dünya çempionatında çıxış etməyəcək. O, MLS-in rəqabət səviyyəsinin ideal formada qalmaq üçün yetərli olmadığını düşündüyü üçün fiziki hazırlığına xüsusi diqqət ayırır.
Xatırladaq ki, argentinalı ulduzun yaxın vaxtlarda sol bud nahiyəsindən zədə aldığı açıqlanmışdı. Hazırda o, bərpa prosesini davam etdirir və komanda məşqlərinə qayıdır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
