5 sentyabr 2025
|191

Lionel Messi Argentina azarkeşlərinə son rəsmi ev oyununda emosional şəkildə vida edərkən göz yaşlarını saxlaya bilməyib.
Superulduz 3:0 hesabı ilə qazanılan Venesuela qarşılaşmasında 2 qol vuraraq meydanı tərk edib. Buenos Airesdəki Mas Monumental stadionunda keçirilən matçda 80 mindən çox azarkeş onu alqışlayıb. Messi həmçinin növbəti Dünya Çempionatından əvvəl karyerasını bitirə biləcəyinə işarə edib.
38 yaşlı hücumçu matçdan əvvəl oyunu “çox, çox xüsusi” adlandırmışdı. Oyuna çıxmazdan öncə azarkeşlərin səsini eşidərkən göz yaşlarına hakim ola bilməyib. Ailəsi tribunadan onu izləyib, meydançaya isə üç oğlu – Tiago, Mateo və Ciro ilə birlikdə çıxıb.
Messi bildirib: “Dünya çempionatına qatılıb-qatılmamağım bədənimdən asılı olacaq. Yaşıma görə bu, çox çətindir. Amma hələ də ümidliyəm və həyəcanlıyam.”
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
