7 mart 2026
|3

ABŞ-ın “İnter Mayami” klubunun sahiblərindən Jorge Mas Lionel Messinin illik qazancı barədə danışıb. O, “Bloomberg”ə açıqlamasında ulduz futbolçunun klub üçün böyük dəyər yaratdığını bildirib.
Masın sözlərinə görə, dünya səviyyəli sponsorların kluba maraq göstərməsinin əsas səbəblərindən biri məhz belə ulduz futbolçuların komandada çıxış etməsidir.
Klub sahibi argentinalı hücumçunun yüksək maaş aldığını təsdiqləyib.
“Futbolçular bahadır. Mən Messiyə maaş verirəm və o, hər qəpiyinə dəyər. Bu məbləğ ildə 70–80 milyon dollar civarındadır”, – deyə Jorge Mas bildirib.
Bununla belə, o, Messinin müqaviləsinin detalları və ödəniş strukturu barədə əlavə məlumat açıqlamayıb.
Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin heyətində çıxış edir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
