14 mart 2026
|15

Liverpool Real Madridin yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün böyük üstünlük əldə edib.
Məlumata görə, İngiltərə klubu fransalı futbolçunu yay transfer pəncərəsində təxminən 50 milyon avroya heyətinə qata bilər.
"Mersisaydlılar" yalnız Kamavinqa ilə kifayətlənmək niyyətində deyil.
Klub həmçinin Real Madridin mərkəz müdafiəçisi Din Huyseni də transfer etmək istəyir. Liverpoolun bu transfer üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Mənbələrin məlumatına görə, Liverpool yayda bu iki futbolçunun transferi üçün ümumilikdə 120 milyon avro xərcləyə bilər.
Eduardo Kamavinqa bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb. O, bu qarşılaşmalarda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fransalı futbolçunun Real Madridlə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
