9 fevral 2026
|81

“Liverpul” yay transfer pəncərəsində futbolçusu Federiko Kyeza ilə yollarını ayıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı cinah yarımmüdafiəçisi İngiltərə futboluna uyğunlaşmaqda çətinlik çəkir və klub onun satışını nəzərdən keçirir. “Mersisaydlılar” bu transferdən 25–30 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Məlumata görə, “Yuventus” Kyezanın geri qaytarılması üzərində işləyir. Eyni zamanda “Roma” və “Napoli” də Avropa çempionu olan futbolçunun vəziyyətini diqqətlə izləyir.
Qeyd edək ki, Kyeza bu mövsüm bütün turnirlərdə 24 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib. O, ümumilikdə 392 dəqiqə meydanda olub. Futbolçunun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
