14 noyabr 2025
|201

Yuventus Bayern Münchendən ayrılmağa hazırlaşan hücumçunun xidmətlərində maraqlıdır. Liverpul da yarışdan kənarda deyil və ingilis nəhəngi də 30 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Serj Gnabrinin müqaviləsi mövsümün sonunda başa çatır və qaydalara əsasən o, yanvar ayından etibarən istənilən klubla azad transfer barədə danışıqlar aparmağa icazəlidir. Bu isə onu Avropanın bir çox komandası üçün cəlbedici imkana çevirir.
Bu mövsüm həm Bayern, həm də Almaniya millisində forması artan Gnabri indiyədək:
Bayern Münchendə 4 qol,
Almaniya millisində isə 2 qol vurub.
Formasının yenidən yüksəlməsi təcrübəli hücumçunun transfer bazarında nüfuzunu daha da yüksəldir.
Xatırladaq ki, Gnabri əvvəllər Arsenal və Vest Bromviçdə oynayıb, lakin bu klublarda özünü göstərə bilməmişdi. İndi isə onun yenidən Premyer Liqaya qayıdaraq “keçmiş uğursuzluqları üzərində xətt çəkmək” istəyi real görünür. Bu baxımdan Liverpulun marağı xüsusi diqqət çəkir.
Bayern München hələ də Gnabrinin nümayəndələri ilə yeni müqavilə barədə danışıqları davam etdirir. Lakin futbolçu harada oynayacaqsa-oynasın, mövcud maaşını azaltmalı olacaq. Hazırda Serj Gnabri Almaniya çempionundan illik 17–19 milyon avro civarında qazanır və bu rəqəmi təkrarlaya biləcək klubların sayı çox azdır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
