16 sentyabr 2025
|235

"Barselona"dan Luis Benedettiyə maraq
"Palmeyras"ın gənc müdafiəçisi Luis Benedetti karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" 19 yaşlı braziliyalı futbolçunu transfer etmək niyyətindədir. Braziliya mətbuatının məlumatına görə, Kataloniya təmsilçisi Benedetti üçün 10 milyon avro ödəməyə hazırdır.
Gənc müdafiəçiyə İngiltərənin "Arsenal" klubu da maraq göstərir.
Qeyd edək ki, Benedetti bu mövsüm "Palmeyras"ın heyətində 18 rəsmi oyuna çıxaraq 2 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin sonuna qədərdir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
