"Lyon, Rennes-in Hans Hateboer ilə 'joker' razılaşması imzalayacaq"

16 oktyabr 2025

|

183

"Lyon, Rennes-in Hans Hateboer ilə 'joker' razılaşması imzalayacaq"
"Lyon, Rennes-in Hans Hateboer ilə 'joker' razılaşması imzalayacaq"

“Lion” “Renn” müdafiəçisi Hans Hateboeri heyətinə qatır – “Joker transfer” reallaşır

“L’Équipe” yazır ki, “Olimpik Lion” yaxın günlərdə “Renn” klubunun niderlandlı müdafiəçisi Hans Hateboeri transfer edəcək.

Fransada transfer pəncərəsi bağlansa da, liqa klublarına “joker transfer” hüququ verilib. Bu qaydaya əsasən, komandalar yalnız bir futbolçunu — ya azad agenti, ya da başqa bir Fransa klubunda çıxış edən oyunçunu – pəncərə xaricində transfer edə bilərlər.

 

“Lion” qaydadan yararlanır

Məhz bu qayda sayəsində “Lion” 31 yaşlı Hateboeri heyətinə qatmaq üzrədir. Keçmiş “Atalanta” müdafiəçisi “Renn”də əsas heyətdən kənarda qalıb, mövsümün əvvəlindən cəmi 21 dəqiqə meydana çıxıb.

Komandanın baş məşqçisi Paulu Fonseka futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. “Lion” oyunçunun əməkhaqqısını tam şəkildə özü ödəyəcək.

 

Müqavilənin detalları

Hans Hateboerin “Renn”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. “Lion”la razılaşmanın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Lakin o, bu həftəsonu “Nitsa” ilə keçiriləcək qarşılaşmada meydana çıxa bilməyəcək.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon