Mahir Emreliyə Azərbaycandan da təklif var

29 may 2025

|

147

Mahir Emreliyə Azərbaycandan da təklif var

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubundan ayrıldıqdan sonra karyerasını harada davam etdirəcəyi maraq doğurur.

Futbolçuya Almaniyanın 1-ci bundesliqasından azı 1 klubdan, 2-ci bundesliqasından “Kayzerslautern”dən təklif var. Bundan başqa, bir sıra Avropa ölkələrinin klubları da Emreli ilə maraqlanır. 

Emreli “Nürnberq”də mövsümün finişini əla sonluqla bitirib. O, 2-ci bundesliqada son 6 oyunda 7 qol vurub. Ümumən isə alman klubunda 2024/25 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 25 matçda 11 dəfə rəqib qapılarına yol tapıb, 1 qolun isə ötürməsini edib.

“Nürnberq”lə müqaviləsini yeniləməyən Emreliyə Azərbaycandan da təklif var. Mahiri heyətində görmək istəyən klubun adı da saytımıza bəlli olub. Bu, “Neftçi”dir. Paytaxt klubu Mahiri yaxşı şərtlərlə heyətinə cəlb etmək istəyir. Artıq klubun səlahiyyətli şəxslərindən biri futbolçuya onu transfer etmək istədiklərini də bildirib.

Lakin Mahir "Neftçi"yə qəti cavab verməyib. Amma o, bu gün üçün karyerasını yenidən Avropada və ya yenidən Almaniyada davam etdirmək niyyətindədir.

 

 




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon