9 fevral 2026
|99

“Mançester Siti” və “Çelsi” “Bavariya”nın hücumçusu Maykl Oliseni heyətinə qatmağı planlaşdırır. Premyer Liqa nəhəngləri fransız futbolçu üçün rekord səviyyədə təklifə hazırdır.
Məlumata görə, 150 milyon avroluq təklif Münhen klubunu mövqeyini dəyişməyə məcbur edə bilər. Olise “Bavariya” üçün aparıcı oyunçu sayılsa da, bu məbləğ transfer ehtimalını real edir.
Bildirilir ki, Olisenin hazırkı həftəlik maaşı təxminən 220 min avrodur. İngiltərə klubları isə bu məbləği 350 min avroya qədər artırmağa hazırdır.
Qeyd edək ki, 24 yaşlı hücumçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin iyunun 30-na qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 130 milyon avro olaraq qiymətləndirir. Olise 2024-cü ildə “Kristal Pelas”dan “Bavariya”ya transfer olunub.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
