Siti bu oyunçunu transfer etmək istəyir

6 mart 2026

|

3

Manchester City Elliot Anderson transferi üçün hərəkətə keçib
Siti bu oyunçunu transfer etmək istəyir

Manchester City Nottingham Forest klubunun yarımmüdafiəçisi Elliot Anderson üçün transfer planları qurur.

 

Məlumata görə, 23 yaşlı futbolçu da Manchester City-yə keçidə maraq göstərir.

Klub rəhbərliyi Andersonu komandanın əsas yarımmüdafiəçilərindən biri olan Rodri üçün uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirir. Lakin bu transfer planlarının reallaşması ispaniyalı futbolçunun komandada qalacağı və ya ayrılacağı məsələsindən asılı olacaq.

Qeyd edək ki, Anderson cari mövsümdə Premyer Liqa və Avropa Liqası daxil olmaqla 37 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun Nottingham Forest ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon