26 yanvar 2026
|103

Barcelona yay transfer dövründə heyəti gücləndirməyi planlaşdırır. Klub mərkəz müdafiəçi və hücumçu transferini gündəmdə saxlayır. Eyni zamanda Marcus Rashfordun gələcəyi ilə bağlı qərar veriləcək.
Bernardo Silva uzun müddətdir Barcelona ilə əlaqələndirilir. Məlumata görə, Mançester Siti ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu yayda La Liqaya, xüsusilə də Barcelonaya keçmək istəyir.
Buna baxmayaraq, Barcelona rəhbərliyi Bernardo Silvanın transferini planlaşdırmır. Klubun mövqeyinə görə, yarımmüdafiə xətti artıq kifayət qədər doludur və bu mövqeyə yeni transferə ehtiyac yoxdur.
Silvanın azad agent statusunda olması yüksək maaş tələbi deməkdir. Barcelona isə məhdud büdcəni daha vacib mövqelərə yönəltmək niyyətindədir. Pedri, Frenkie de Jong, Gavi, Marc Casado və Marc Bernal klubun əsas yarımmüdafiə seçimləri olaraq qalacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
