27 yanvar 2026
|95

Manchester United qış transfer pəncərəsində yarımmüdafiəni gücləndirməyi planlaşdırır. Klub 29 yaşlı Nigeriya millisinin üzvü Wilfred Ndidini münasib variant kimi dəyərləndirir və Besiktasla ilkin əlaqə saxlayıb.
Wilfred Ndidi ötən yay Leicester City-dən Besiktasa keçib və qısa müddətdə əsas oyunçulardan birinə çevrilib. O, cari mövsümdə 16 oyunda bir qol və bir assistlə yadda qalıb. Ndidi həmçinin Afrika Millətlər Kubokunda Nigeriya ilə uğurlu çıxış edib.
Manchester United Casemiroya alternativ axtarır. Manuel Ugarte gözləntiləri doğrultmadığı üçün klub təcrübəli və nisbətən ucuz dayaq yarımmüdafiəçisi axtarışındadır. Ndidinin Premyer Liqa təcrübəsi bu baxımdan üstünlük sayılır.
Ole Qunnar Solskjaer baş məşqçi postu ilə bağlı danışıqlar zamanı Ndidini tövsiyə etsə də, vəzifəyə təyin olunmadı. Buna baxmayaraq, Manchester United bu ideyanı müsbət qarşılayıb və yanvar transferi üçün sorğu göndərib. Ndidi əsas heyət yox, rotasiya üçün nəzərdə tutulan variant kimi qiymətləndirilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
