23 oktyabr 2025
|167

Ruben Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” növbəti yay transfer pəncərəsi üçün ciddi planlar qurur. Klubun əsas məqsədlərindən biri isə “Ştutqart”ın alman yarımmüdafiəçisi Anqelo Stillərdir.
Tanınmış jurnalist Florian Plettenberqin məlumatına görə, “qırmızı şeytanlar” 24 yaşlı futbolçunu yaxından izləyir və yayda transfer cəhdi gözlənilir. Stillərin özü də karyerasında növbəti addımı atmağa açıqdır.
Bununla belə, “Real Madrid” də oyunçuya maraq göstərir. Ekrem Konurun xəbərinə görə, İspaniya nəhəngi alman futbolçunu uzunmüddətli layihəsində əsas fiqurlardan biri kimi görür.
Stillərin hazırkı müqaviləsində 40 milyon avro dəyərində sərbəstqalma maddəsi mövcuddur. Lakin “Ştutqart” bu maddəni ləğv etmək üçün 2 milyon avroya müqaviləni yeniləməyə hazırlaşır. Bu baş tutarsa, klub futbolçunun qiymətini 50 milyon avrodan yuxarı müəyyənləşdirə bilər.
Karyerasına “Bavariya” akademiyasında başlayan Stillər, “Hoffenhaym”da özünü göstərdikdən sonra 2023-cü ilin yayında “Ştutqart”a keçib. O vaxtdan bəri oyununu daha da inkişaf etdirərək komandanın aparıcı fiqurlarından birinə çevrilib.
Cari mövsümdə o, 11 oyunda 5 məhsuldar ötürmə və qolla yadda qalıb və həm “Mançester Yunayted”, həm də “Real Madrid” skautlarının diqqətini cəlb edib.
“Mançester Yunayted” yayda yarımmüdafiəni yenidən qurmaq niyyətindədir. Kasemironun mövsüm sonunda ayrılması gözlənilir, Manuel Uqartenin isə hələ də istənilən səviyyəyə çatmaması Amorimi alternativlər axtarmağa vadar edir.
Digər tərəfdən, Xabi Alonso da “Real Madrid”də dayaq yarımmüdafiə mövqeyinə əlavə oyunçu cəlb etmək istəyir və Stilləri sisteminə uyğun hesab edir.
Hər iki klubun büdcəsi “Ştutqart”ın istənilən qiymətini ödəməyə imkan verir, bu isə növbəti yayda Anqelo Stillər uğrunda ciddi transfer yarışının yaşanacağını göstərir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
