28 dekabr 2025
|119

“Mançester Yunayted” Ruben Nevesi əsas transfer hədəfi kimi yox, ehtiyat variant olaraq dəyərləndirir. TEAMtalk-ın məlumatına görə, klub yanvar və gələcək transfer pəncərələrində prioritet namizədləri ala bilməzsə, portuqaliyalı yarımmüdafiəçiyə yönələ bilər.
Ruben Nevesin “Əl Hilal”la müqaviləsi gələn ilin iyununda bitir və tərəflər hələ razılığa gələ bilməyib. Bu səbəbdən futbolçu təklifləri dəyərləndirməyə açıqdır və Premyer Liqaya qayıdış ehtimalı var. Onunla “Mançester Yunayted”lə yanaşı “Tottenhem” və “Nyukasl” da maraqlanır.
28 yaşlı futbolçunun Premyer Liqa təcrübəsi üstünlük sayılsa da, yüksək maaş tələbi və 29 yaşına yaxınlaşması “Mançester Yunayted”i tərəddüdə salır. Klub uzunmüddətli perspektiv üçün daha gənc oyunçulara üstünlük vermək istəyir.
Adam Uorton, Elliot Anderson və ya Karlos Baleba kimi əsas hədəflərin yanvarda əlçatan olmaması Nevesin adını gündəmdə saxlayır. Lakin hazırkı vəziyyətdə “Mançester Yunayted” onun üçün ciddi addım atmağa tələsmir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
