10 oktyabr 2025
|183

Premyer Liqa təmsilçisi Newcastle United, “Barselona”nın alman qapıçısı Marc-Andre ter Stegenin transferini nəzərdən keçirir. Lakin bu keçidin baş tutması üç əsas faktordan asılı olacaq.
Məlumata görə, Ter Stegen yaxın transfer pəncərəsində Premyer Liqaya keçə bilər. Alman qapıçı bir neçə top klubun diqqət mərkəzində olsa da, Newcastle United onu yaxından izləyən komandalar arasında ön sıradadır. Jurnalist Ekrem Konurun məlumatına görə, transferin reallaşması maaş azaldılması, transfer ödənişi və oyunçunun şəxsi qərarından asılı olacaq.
Ter Stegen futbol karyerasına **“Borussiya Münhenqladbax”**da başlayıb. Oradakı uğurlu çıxışı 2014-cü ilin yayında 12 milyon avro qarşılığında “Barselona”ya keçidi ilə nəticələnib. Alman qapıçı illər ərzində komandanın “bir nömrə”sində sabit çıxış edib və Kataloniya klubunun kapitanlarından birinə çevrilib.
Lakin son mövsüm onun üçün uğurlu keçməyib. Bel zədəsi səbəbindən mövsümün böyük hissəsini buraxan 33 yaşlı qapıçının gələn ilin əvvəlində qayıdacağı gözlənilir. Bu müddətdə Joan Qarsia onun yerini doldurub və gənc qapıçının performansı “Barselona” rəhbərliyində yeni müzakirələr doğurub.
Hazırda klubda Ter Stegenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşanır. “Barselona” maliyyə problemləri səbəbindən onun satışına yanvar ayında yaşıl işıq yandıra bilər.
“Newcastle United” yayda yeni qapıçı axtarışında idi və Aaron Ramsdeyli icarəyə götürmüşdü. Lakin bu, yalnız müvəqqəti həll idi. Eddi Haunun komandası uzunmüddətli “bir nömrə” kimi Ter Stegeni ideal namizəd hesab edir.
Alman qapıçının təcrübəsi və liderlik xüsusiyyətləri “The Magpies” üçün önəmli faktor sayılır. Lakin keçidin reallaşması üçün futbolçunun maaşında ciddi azalmaya razılaşması və “Barselona”nın uyğun qiymət təyin etməsi tələb olunur.
Ter Stegenin özü Premyer Liqada çıxış etməyə maraqlı görünür, lakin yüksək maaşından imtina edib-etməyəcəyi hələ də sual altındadır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
