Messi Ronaldo ilə komanda yoldaşı ola bilər

2 iyun 2025

|

67

Messi Ronaldo ilə komanda yoldaşı ola bilər

Səudiyyə Ərəbistanının dörd klubu "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ilə maraqlanır.

 

Daha əvvəl Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun Messi ilə mümkün transferlə bağlı danışıqları bərpa etdiyi bildirilirdi.

37 yaşlı forvardı transfer etmək istəyən klublar "Əl-Əhli", "Əl-Hilal", "Əl-İttihad" və "Əl-Nəsr"dir.

Yalnız argentinalı həqiqətən keçidə hazır olsa, onun 4 klubdan hansına qoşula biləcəyi ilə bağlı müzakirələr başlayacaq. Bu, danışıqların növbəti mərhələsinin mövzusu olacaq.

Qeyd edək ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"də çıxış edir .

Messinin "İnter Mayami" ilə müqaviləsi isə 2025-ci ilin dekabrına qədərdir. O, 2023-cü ildən "İnter Mayami"də oynayır.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon