11 yanvar 2026
|93

FC Metz qış transfer pəncərəsində bir neçə əsas futbolçusunu itirə bilər. L’Équipe nəşrinin məlumatına görə, bu oyunçular arasında klubun kapitanı Gauthier Hein də var.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Metz-in yenidən Liqa 1-ə yüksəlməsində əsas rollardan birini oynayıb. O, bundan əvvəl AJ Auxerre ilə də eyni uğuru yaşasa da, klubu tərk edərək Metz-ə qayıtmışdı və bu qərar uğurlu alınmışdı.
Cari mövsümün ilk aylarında da Hein Metz-in əsas yaradıcılıq qüvvəsi olaraq qalır. Lakin futbolçunun çıxışları artıq Avropadan kənarda da diqqət çəkib. Məlumata görə, MLS klublarından FC Dallas və San José Earthquakes onunla maraqlanır.
Hələlik tərəflər arasında rəsmi əlaqə qurulmayıb. Qeyd edək ki, ABŞ çempionatında transfer pəncərəsi mart ayının sonuna qədər açıq qalacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
