5 mart 2026
|1

Michael Carrick İngiltərə Premyer Liqasının 29-cu turunda Manchester United komandasının səfərdə Newcastle United klubuna 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra fikirlərini bildirib.
Qeyd olunur ki, bu nəticə Carrick-in rəhbərliyi altında “qırmızı şeytanlar”ın ilk məğlubiyyəti olub. Komanda onun rəhbərliyi altında keçirdiyi 8-ci oyunda ilk dəfə uduzub.
Baş məşqçi komandanın çıxışından narazı qaldığını bildirib:
“Bu gün oyunumuzdan narazıyıq. Əksər epizodlarda təşəbbüs bizdə idi, amma Newcastle-ın da haqqını vermək lazımdır. Bilirdik ki, asan olmayacaq. Matçın gedişində istifadə etməli olduğumuz bir vəziyyətə düşdük, lakin bundan yararlana bilmədik. Bu, məndə böyük məyusluq yaradır. Gözləntilərdən aşağı oynadıq. Newcastle qələbəyə layiq idi. Bunu demək mənə xoş deyil, amma belədir. İşə qayıdıb növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq”.
Matçın diqqət çəkən məqamlarından biri də odur ki, Manchester United 45-ci dəqiqədən etibarən say üstünlüyündə oynasa da, məğlubiyyətdən qaça bilməyib.
Hazırda Manchester United Premyer Liqa cədvəlində 29 oyundan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
