10 yanvar 2026
|129

Tottenham Hotspur-un müdafiəçisi Micky van de Ven yay transfer pəncərəsində klubu tərk etməyə hazırdır. SPORT nəşrinin məlumatına görə, 24 yaşlı niderlandlı futbolçu ilə Barcelona ciddi maraqlanır.
Bildirildiyinə görə, La Liqanın son çempionu müdafiə xəttini gücləndirmək üçün yeni mərkəz müdafiəçisi axtarır və van de Ven əsas namizədlərdən biridir. Tottenham futbolçunu komandada saxlamaq üçün yeni və yüksək məbləğli müqavilə təklif etməyi planlaşdırsa da, son məlumatlar müdafiəçinin yayda ayrılmaq istədiyini göstərir.
Micky van de Ven 2023-cü ilin avqustunda Wolfsburgdan 40 milyon avroya Tottenham-a transfer olunub və qısa müddətdə Premyer Liqanın ən güclü müdafiəçilərindən birinə çevrilib. O, indiyədək London klubunda təxminən 100 oyuna çıxıb, 9 qol və 3 assistlə yadda qalıb.
Barcelona Pau Cubarsi üçün solayaqlı və etibarlı mərkəz müdafiəçisi axtarır. Eyni zamanda Andreas Christensenin gələcəyi qeyri-müəyyən olaraq qalır. Bu səbəbdən van de Ven Kataloniya klubu üçün uyğun variant sayılır.
Futbolçunun transfer qiymətinin nə qədər olacağı hələlik bəlli deyil. Lakin van de Venin ayrılmaq istəyi Barcelona-nın bu transferdə şanslarını artırır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
