29 oktyabr 2025
|131

A Seriyasının 9-cu turunda “Milan” səfərdə “Atalanta” ilə 1:1 hesablı heç-heçə edib. Massimiliano Alleqrinin komandası ötən həftə autsayder “Piza” ilə evdə 2:2 bərabərliyindən sonra bu dəfə də qalib gələ bilmədi.
Görüş “Milan” üçün ideal başladı – artıq 4-cü dəqiqədə Samuele Riççi “qırmızı-qara” formanı geyinərək ilk liqa qolunu vurdu və hesabı açdı. Lakin Alleqrinin erkən müdafiə taktikasına keçməsi komandaya baha başa gəldi.
İlk hissənin ortalarından etibarən meydan sahibləri təşəbbüsü ələ aldı və bir neçə yarım fürsətdən sonra nəhayət, ədalətli bərabərliyi təmin etdilər. İvan Yuriçin yetirməsi Ademola Lukman cərimə meydançası daxilindən gözəl zərbə ilə hesabı 1:1-ə gətirdi. Bu, nigeriyalı hücumçunun mövsümdəki ilk qolu idi.
İkinci hissədə hər iki komanda fərqlənmək üçün imkanlar qazansa da, nəticə dəyişmədi. Yussuf Fofana “Milan” üçün ideal epizodu dəyərləndirə bilmədi, qapıçı Mayk Menyan isə son dəqiqələrdə David Zappakostanın təhlükəli zərbəsini möhtəşəm qurtarışla zərərsizləşdirdi.
Mayk Menyan – 8/10
Lukmanın qoluna mane ola bilmədi, lakin oyunun sonunda komandasını məğlubiyyətdən xilas edən əla qurtarışla fərqləndi.
Strahinya Pavloviç – 7/10
Möhkəm və sabit çıxış etdi. Charles De Ketelaere qarşısında etibarlı idi və hücumlara da fəal qoşulurdu.
Matteo Qabbia – 6/10
Lukmana qarşı bir neçə epizodda ləng qaldı, lakin hava mübarizələrində çox güclü idi.
Fikayo Tomori – 6/10
Bir anlıq diqqətsizliyi “Milan”ı çətin vəziyyətə saldı, lakin Menyan onu xilas etdi. Mövsümün ən yaxşı oyunlarından biri deyildi.
Davide Bartesaqi – 6/10
İlk hissədə sakit idi, amma ikinci yarıda aktivləşərək sol cinahdan bir neçə təhlükəli ötürmə etdi.
Samuele Riççi – 8/10
Qol vurmaqla yanaşı, meydanın mərkəzində dominant çıxış etdi. Pas dəqiqliyi və dinamizmi ilə komandasının ən yaxşılardan biri idi.
Luka Modriç – 6/10
Təcrübəli yarımmüdafiəçi oyunun ritmini idarə etməkdə çətinlik çəkdi, enerjisi çatmadı. Gərginlik nəticəsində sarı vərəqə aldı.
Yussuf Fofana – 5/10
Çox qaçsa da, qərar vermə anlarında səhvləri bahalı başa gəldi. Qızıl fürsəti dəyərləndirə bilmədi.
Aleksis Saelemakers – 7/10
Sağ cinahda daim fəal idi, rəqib müdafiəsini genişləndirərək komandasına boşluqlar yaratdı.
Rafael Leao – 4/10
Komandadan tam kənarda qaldı. Nə fərdi oyunda, nə də sürətli hücumlarda təsirli ola bildi.
Santiago Ximenes – 3/10
Tamamilə görünməz oyun. Top saxlamaqda çətinlik çəkdi, hərəkətsiz idi və qapı qarşısında təhlükə yaratmadı.
Krisfer Nkunku – 6/10
Ruben Loftus-Çik – 6/10
Zaxari Ateqame – N/A
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
