29 dekabr 2025
|101

Christopher Nkunku “Milan”a keçəndən sonra ilk dəfə həqiqətən inandırıcı oyun sərgiləyib. Yanvar transfer pəncərəsi ərəfəsində “Verona”ya qarşı vurduğu iki qol onun ətrafında dolaşan ayrılıq şayiələrini xeyli səngidib.
“La Gazzetta dello Sport”un yazdığına görə, “Milan” rəhbərliyi futbolçu ilə bağlı gələn zəngləri dinləsə də, 37 milyon avroluq investisiyanı itirməklə üzləşə bilərdi. Nkunkunun formaya düşməsi klub üçün ən arzuolunan ssenaridir. Lakin o, bunu növbəti oyunlarda da təsdiqləməlidir.
Nkunku hücumda Niclas Füllkruqla vaxt paylaşmalı olacaq. Digər tərəfdən, Pulişiç və Leao nadir hallarda eyni anda sağlam olur. Bu da fransız futbolçu üçün şans yaradır.
“La Repubblica”ya görə, “Milan” Nkunku üçün 35 milyon avro qiymət qoymuşdu və Türkiyənin nəhəng klublarının maraq göstərəcəyinə ümid edirdi. Onun adı Premyer Liqa klubları və “Yuventus”la aparılan danışıqlarda da hallanıb.
Nkunku liqada 306 gündür qol vurmurdu. “Verona”ya qarşı iki qol ümid versə də, bu, hələ kifayət deyil. “Milan”da qalıcı olmaq üçün daha stabil və yüksək səviyyəli çıxışlar lazımdır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
