Moldova və İtaliya: Təhlil və Proqnoz

13 noyabr 2025

|

259

Moldova və İtaliya: Ön Baxış və Proqnoz
Moldova və İtaliya: Təhlil və Proqnoz

İtaliya millisi cümə axşamı Chisinau səfərində Moldova ilə qarşılaşmada 2026 Dünya Çempionatına birbaşa vəsiqə ümidlərini yaşatmağa çalışacaq. Gennaro Gattuzonun komandası ardıcıl dörd qələbə ilə yüksəlişə keçsə də, Norveçlə arasındakı xal və top fərqi fərqi səbəilə pley-off yolu hələ də ən real ssenari olaraq qalır.

Gattuzonun komandası yüksəlişdə

Luciano Spallettinin gedişindən sonra milli komandanın sükanı arxasına keçən Gennaro Gattuzo, Azzurrini həm nizam-intizamlı, həm də daha aqressiv oyun üslubuna qaytarıb. Son dörd oyunda:
– 16 qol vurulub
– cəmi 2 qol buraxılıb
– İsrail üzərindəki 3:0 hesablı qələbə Mateo Retegunun dublu ilə yadda qalıb.

Bununla belə, İtaliya lider Norveçdən 3 xal və +16 top fərqi ilə geri qalır. Moldova üzərində qələbə belə birbaşa vəsiqə üçün kifayət etməyəcək – Norveçin Estoniyaya xal itirməsi lazım olacaq.

Gattuzonun tətbiq etdiyi intensiv pres, sürətli keçidlər və sıx müdafiə yanaşması Frattesi, Barella kimi oyunçuların çıxışını yüksəldib. Müdafiədə Acerbi və Di Lorenzonun liderliyi də önə çıxır.

Moldova yeni baş məşqçi ilə müqavimət göstərməyə çalışacaq

Moldova üçün bu görüş qrupdakı mövqedən çox, imic və inkişaf məsələsidir. Norveçə 1:11 hesablı tarixi məğlubiyyətin ardından uzun illər komandanı çalışdıran Serqey Kleşenko istefa vermiş, onun əvəzinə Lilian Popesku gətirilmişdi.

Popesku ilk oyununda Estoniya ilə 1:1 hesablı heç-heçə sayəsində yeddi oyunluq məğlubiyyət seriyasına son qoydu. Buna baxmayaraq, Moldova:
– 7 oyunda cəmi 1 xal topladığı üçün
– qrupun son pilləsindədir,
– və İtaliya ilə bütün əvvəlki 6 oyunda uduzub.

Komandanın başlıca ümid yeri yenidən hazır vəziyyətə qayıdan hücumçu İon Nikolaysku olacaq.

Komandaların heyət və taktiki durumları

Moldova mühüm itki ilə üzləşib. Komandanın əsas fiqurlarından biri olan, həm müdafiə, həm hücuma keçidlərdə önəmli rol oynayan Nikita Motpan zədəlidir. Buna baxmayaraq, İtaliyada çıxış edən təcrübəli yarımmüdafiəçi Artur İonita heyətə qayıdıb.

Popesku İtaliyaya qarşı dərin müdafiəyə əsaslanan 5-3-1-1 sistemi ilə çıxış edəcək. Sürətli əks-hücumlar Moldova üçün yeganə ümid yoludur.

Gözlənilən Moldova heyəti (5-3-1-1):
Avram; Forov, Kreaçun, Baboglo, Platika, Reabçuk; Kaymakov, Rata, Boqaçyuk; Postolaçi; Nikolaysku

Oyun öncəsi vəziyyət

İtaliya üçün bu qarşılaşma “mütləq qələbə” xarakteri daşıyır. Fasilə öncəsi beşinci qələbə həm komandanın ritmini qoruyar, həm də pley-offa daha güvənli çıxmaq imkanı yaradar.

Moldova isə azarkeşlərinə müqavimət göstərən və mübarizə aparan komanda təqdim etməyə çalışacaq.

Proqnoz: Moldova 0–3 İtaliya

 

İtaliya Moldovaya qarşı rotasiyalı heyətlə çıxacaq

Pley-off mərhələsi vasitəsilə Dünya Çempionatına vəsiqə demək olar ki, təmin olunduğu üçün, İtaliya baş məşqçisi Gennaro Gattuzo Moldova səfərindən heyətdə rotasiya aparmaq və alternativ kombinasiyaları sınaqdan keçirmək üçün istifadə etməyi planlaşdırır. Təcrübəli mütəxəssis oyunöncəsi açıqlamasında “daha az tanış” start heyəti ilə çıxış edəcəklərinə eyham vurub.

Əsas itkilər və geri dönüşlər

Nikolо Barella cəzalı olduğu üçün Moldova qarşısında iştirak edə bilməyəcək. Onun yerinə Roma ilə mövsümə güclü başlayan Bryan Kristante orta sahəyə fiziki güc və hava üstünlüyü qatmaq üçün startda gözlənilir.

Hücum xəttində zədə problemi davam edir. Moyze Kean əzələ problemi səbəbilə heyətdən çıxıb və onun yerinə Bolonyanın sürətli futbolçusu Nikolo Kambiagi çağırılıb. İlk məşqdə yüngül zədə alan Cakomo Raspadorinin durumu isə sual altındadır.

Federiko Keyza isə son aylardakı bərpa prosesinə görə toplanışa qoşulmaqdan imtina edib. Bunun fonunda komandaya sevindirici xəbər isə Cianluka Skamakkаnın tam sağlam şəkildə geri dönməsidir. O, Mateo Retegui ilə hücum xəttində rəqabət aparacaq. Retegui hazırkı seçmə mərhələnin ən məhsuldar oyunçusudur – 5 qol və 4 məhsuldar ötürmə.

Müdafiədə Alessandro BuongiornoSamuele Rizzi yenidən heyətə qayıdaraq Gattuzonun seçim imkanlarını genişləndiriblər. Cagliarinin parlayan qapıçısı Elia Kaprile ilk dəfə yığmaya dəvət alıb. Bununla belə, qapını yenə də komandanın lideri Cianluici Donnarumma qoruyacaq.

Gattuzonun planı: 4-3-3 sistemi

İtaliya Moldova qarşısında ənənəvi 4-3-3 düzülüşü ilə oynayacaq. Bu sistem həm topa nəzarəti, həm də cinahlardan dinamikanı təmin edir.

Gözlənilən start heyəti (4-3-3):
Donnarumma; Di Lorentso, Mançini, Bastoni, Dimarko; Kristante, Lokatelli, Tonali; Orsolini, Retegui, Zakkanyi

Donnarumma – liderlik və sabitlik
Di Lorentso – sağ cəbhədə təhlükəsizlik və əlavə qoşulmalar
Dimarko – sol cinahda dəqiq krosslar və hücuma dəstək
Mançini–Bastoni cütlüyü – aqressiya və topa nəzarət imkanı
Kristante – müdafiəni qoruyan əsas dayaqlardan biri
Lokatelli – keçidlərin təşkilatçısı
Tonali – ritmi artıran və irəli oynayan yarımmüdafiəçi
Orsolini – sağ cinahdan sola kəsərək təhlükə yaratma
Zakkanyi – sol cinahda yaradıcılıq və driblinq
Retegui – komandanın əsas qol ümidi




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon