1 dekabr 2025
|129

Napoli Serie A-nın növbəti turunda Romaya səfərdə minimal hesabla qalib gəlib və turnir cədvəlində rəqibini geridə qoyaraq liderlik yarışına ciddi iddia göndərib. Stadio Olimpico-da baş tutan “Derby del Sole”nin yeganə qolunu David Neres vurub. Qarşılaşma azsaylı real epizodlarla yadda qalsa da, komanda intizamı və detalların düzgün oynanması Napoli üçün üç xala çevrildi.
Gian Piero Qasperininin rəhbərliyi altında Roma matça yaxşı seriya ilə çıxsa da, ilk hissədə hücum qurmaqda ciddi çətinlik çəkdi. Cinahlarda kadr çatışmazlığı və yaradıcılıq defisiti ev sahibinin oyun planını xeyli məhdudlaşdırdı. Napoli isə topa nəzarət etməkdə israr etmədi, daha çox keçid hücumlarına və rəqibin səhlənkarlığını cəzalandırmağa çalışdı.
Matçın əsas dönüş nöqtəsi 36-cı dəqiqədə yaşandı. Napoli sürətli əks-hücum zamanı Romaya arxa xətt arxasına ötürmə tapdı. Rasmus Hoylundun cinahlar arasına buraxdığı dəqiq pasdan sonra David Neres müdafiəçiləri sürətdə geridə qoydu və Mile Svilarla təkbətək vəziyyəti soyuqqanlı şəkildə qola çevirdi. Bu zərbə oyunun gedişatını tamamilə dəyişdi.
Fasilədən sonra Roma daha aqressiv və irəliyönümlü görünsə də, son ötürmələrdə keyfiyyət çatışmazlığı qaldı. Qasperininin oyuna buraxdığı Paulo Dibala və Tommaso Baldanzi dinamikanı artırdı, lakin real təhlükə yalnız son dəqiqələrdə yarandı. Həmin epizodda Vanja Milinkoviç-Saviç möhtəşəm seyvlə hesabın bərabərləşməsinə imkan vermədi və Napoli qələbəsini qorudu.
Bu nəticədən sonra Roma mövsümdə dördüncü dəfə uduzub və cədvəldə dördüncü pilləyə geriləyib. Napoli isə ardıcıl ikinci qələbə ilə xal baxımından Milanla eyniləşib və zirvə mübarizəsində mövqeyini gücləndirib.
Napolinin qələbəsində bir neçə futbolçunun performansı xüsusi fərqləndi.
Roma oyunun böyük hissəsində təhlükə yaratmasa da, qapıçı həlledici anda səhnəyə çıxdı. Baldanzinin zərbəsini çıxarması matçın nəticəsini qoruyan epizod oldu.
Evan Ferqyusonu faktiki oyundan sildi. Roma hücumçusunun təsirsiz qalması birbaşa Rrahmaninin sərt və doğru mövqelənməsi ilə bağlı idi.
Kapitan həm müdafiədə, həm də hücumda stabil oynadı, Roma cinahlarının inkişafını kəsdi və Napoli üçün təhlükəsiz çıxışlar yaratdı.
Qolu vurmaqla yanaşı, Romaya qarşı ən “canlı” hücum silahı idi. Sürət, driblinq və qərarvermə baxımından oyunun ən yaxşısı oldu.
Assist epizodundan əlavə, ön xətdə topu saxladı, faullar qazandı və Neresin arxaya qaçışları üçün vacib dayaq rolunu oynadı.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
