7 sentyabr 2025
|609

Millimizin İslandiyaya biabırçı məğlubiyyəti azarkeşləri sarsıtdısa, Nəriman Axundzadənin zədələnməsi də əlavə problem oldu.
Hücumçu transferi edə bilməyən "Qarabağ" ümidini gənc forvarda bağlamışdı. Təəssüf ki, klub həkimlərdən xoşagəlməz xəbər aldı – Axundzadə 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə klubun mətbuat katibi Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, baldır əzələsində gərilmə olan futbolçu qarşıdakı matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" 16 sentyabrda səfərdə "Benfika" ilə qarşılaşacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] AEK Larnaca – Omoniya: Statistika və proqnoz ✅](https://api.scorewatt.com/uploads/blog-1776178647266-930291995.png)
Ətraflı
