21 fevral 2026
|63

Braziliya millisinin və Santos FC klubunun hücumçusu Neymar qarşıdan gələn dünya çempionatı barədə danışıb.
34 yaşlı forvard bildirib ki, Braziliya millisinin bir hissəsi olmaq onun üçün böyük qürurdur.
Neymar vurğulayıb ki, əsas hədəfi Braziliya ilə dünya kubokunu qazanmaqdır.
O, yayda mundiala qatılmaq üçün əlindən gələni edəcəyini qeyd edib və əlavə edib ki, yekun qərarı baş məşqçi verir.
Futbolçu bildirib ki, zədələr problem yaratmasa, ən yaxşı formasına qayıda biləcəyinə inanır. Dünya çempionatına qədər kifayət qədər vaxtın olduğunu da diqqətə çatdırıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
