PSG üçün kabus kimi Avropa gecəsi — üç əsas futbolçu eyni anda zədələndi

5 noyabr 2025

|

411

"Nuno Mendes PSJ-nin zədəlilər siyahısına əlavə olunur"
PSG üçün kabus kimi Avropa gecəsi — üç əsas futbolçu eyni anda zədələndi

Paris Saint-Germain üçün çərşənbə axşamı unudulmaz deyil, əksinə unudulmalı bir gecə oldu. UEFA Çempionlar Liqasının cari mövsümündə ilk məğlubiyyətini alan Paris təmsilçisi həm də üç əsas oyunçusunu zədə səbəbindən itirdi.

 

Dembelenin baldır zədəsi – bir neçə həftəlik fasilə

Matçın əvvəlində Usman Dembelenin baldırında dartılma hiss etməsi nəticəsində o, oyunu erkən tərk etdi. PSG-nin rəsmi məlumatına görə, fransalı ulduz bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu zədə səbəbindən Dembelé Fransa millisinin qarşıdakı oyunlarını da buraxacaq. Didier Deşamın komandası bu fasilədə Dünya Çempionatına vəsiqəni təmin etməyə çalışacaq, lakin “Qızıl top” sahibi onlara kömək edə bilməyəcək.

Hakimi 6–8 həftəlik sıradan çıxıb

Fransız nəhəngləri həmçinin təsdiqləyiblər ki, Əşrəf Hakimiağır topuq burxulması ilə qarşılaşıb. RMC Sportun məlumatına görə, mərakeşli müdafiəçinin bərpa müddəti 6–8 həftə çəkəcək.

Bu, PSG üçün ciddi itkidir, çünki Hakimi həm müdafiədə, həm də hücumda komandanın ən sabit fiqurlarından biridir.

 

Mendesh də sıradan çıxdı

Daha bir zədə xəbəri isə Nunu Mendeshlə bağlı gəldi. Klubun tibbi hesabatında qeyd olunub ki, portuqaliyalı sol cinah müdafiəçisi Bavariya ilə matçda (1:2) sol diz bağlarını zədələyib.

PSG bildirib ki, Mendes növbəti bir neçə həftə ərzində müalicə prosedurlarına başlayacaq. Onun bərpa müddəti ilə bağlı dəqiq tarix açıqlanmayıb.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon