15 yanvar 2026
|131

Romain Faivre-in Le Havre-ə icarə əsasında keçəcəyi gözlənilsə də, son anda qərar dəyişib və 27 yaşlı yarımmüdafiəçi AJ Auxerre-in futbolçusu olub. Razılaşmada satınalma opsiyası yer almır.
Bournemouth-a məxsus olan Faivre mövsümün ilk yarısını Al-Taawoun-da icarədə keçirib, lakin Səudiyyə Ərəbistanı klubunda az şans aldığı üçün bu icarə erkən başa çatdırılıb. O, İngiltərəyə qayıtmaq əvəzinə yenidən Fransaya dönüb.
Keçən mövsümü Brest-də icarədə keçirən Faivre indi liqada qalmaq uğrunda mübarizə aparan Auxerre-ə qoşulub. O, yeni klubunda 28 nömrəli formanı geyinəcək.
AJ Auxerre Liqa 1-də 17 turdan sonra cəmi 12 xalla təhlükəli zonadadır. Faivre-in əsas məqsədi təcrübəsi ilə komandaya kömək edərək elitada qalmanı təmin etməkdir. O, Fransa çempionatında indiyədək 135 oyunda 29 qol və 17 assistlə çıxış edib.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
