Olivier Giroud mövsümün sonunda futboldan ayrılacağını söyləyir.

16 oktyabr 2025

|

201

Olivier Giroud mövsümün sonunda futboldan ayrılacağını söyləyir.
Olivier Giroud mövsümün sonunda futboldan ayrılacağını söyləyir.

“Arsenal” və “Çelsi”nin sabiq hücumçusu  bildirib ki, mövsümün gedişatına və fiziki durumuna əsasən qərar verəcək:

“Bir il də davam edə bilər, amma təkcə bu mövsümlə də bitə bilər. Həyatda peşman olmamalısan. Anı yaşamaq lazımdır və nə vaxt dayanacağını bilmək gərəkdir,” – deyə Jiru bildirib.

Fransanın tarixdəki ən çox qol vuran futbolçusu əlavə edib ki, 40 yaş onun üçün “simvolik rəqəmdir”:

“Gələn sentyabrda 40 yaşım olacaq. Bu, mənim üçün xüsusi bir yaşdır. Amma bu qərar tək mənim deyil – həyat yoldaşım və ailəmlə birgə qərar verəcəyik. Əgər düşünərəmsə ki, komandaya nəsə qatmağa davam edə bilərəm və klub da mənimlə razıdırsa, ‘Lill’in prezidenti Olivye Letanqla oturub danışacağıq.”

 

MLS macərası uğurlu alınmadı

Jiru Avropa karyerasını 2024-cü ilin yayında “Milan”dan ayrılaraq “Los-Anceles FC”yə keçməklə bitirmək istəyirdi. Lakin MLS-dəki oyun üslubu onun üçün uyğun olmayıb:

“Orada istədiyim kimi özümü göstərə bilmədim. Amma peşman deyiləm,” – deyə 39 yaşlı futbolçu etiraf edib.

Fransalı hücumçu bu yay “Lill”lə uğurlu çıxışına başlayıb və açıqlamasına görə, bu klub karyerasındakı son dayanacaq ola bilər.

 




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon