Rüdigerin “Real Madrid”də gələcəyi sual altındadır

28 dekabr 2025

|

117

"Paris Saint-Germain və Chelsea, Real Madrid müdafiəçisini transfer etmək üçün yarışır"
Rüdigerin “Real Madrid”də gələcəyi sual altındadır

“Real Madrid” mövsümün sonunda David Alabanın ayrılığına demək olar ki, qərar verib. Klubdan gedə biləcək yeganə müdafiəçi isə o olmaya bilər. Antonio Rüdigerin də gələcəyi qeyri-müəyyən olaraq qalır.

Zədələr narahatlıq yaradır

2022-ci ildə “Çelsi”dən transfer olunan Rüdiger uzun müddət komandanın əsas fiqurlarından biri olub. Lakin son aylarda tez-tez zədələnməsi klub rəhbərliyində narahatlıq yaradıb. “Real” yalnız mövsümün sonuna qədər tam hazır olduğunu sübut edərsə, ona yeni müqavilə təklif etməyi düşünür.

PSG və Çelsi hərəkətə keçə bilər

Diario AS-in məlumatına görə, PSJ Rüdigerin durumunu yaxından izləyir və Luis Enrike onu 2026/27 mövsümü üçün heyətində görmək istəyir. “Çelsi” də müdafiəçini yenidən Londona qaytarmaq niyyətindədir və onu azad agent kimi transfer etməyi planlaşdırır. “Qalatasaray”ın da maraqlı olduğu bildirilir.

 



Qərar mövsümün sonunda veriləcək

Hazırda “Real Madrid”də mərkəz müdafiəçilərinin zədələri səbəbindən Rüdiger vacib rol oynayır. Lakin yaşı və klubun yeni müdafiəçi planları fonunda onun mərhələli şəkildə arxa plana keçməsi gözlənilir. Mövsümün sonunda qalmaq, yoxsa ayrılmaq məsələsi tam aydınlaşacaq.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon