Qurbanovun gizli saxladığı futbolçu bəlli oldu

13 fevral 2026

|

55

Qurban Qurbanovun adını çəkmədiyi futbolçunun Pedro Bikalyo olduğu ortaya çıxıb.
Qurbanovun gizli saxladığı futbolçu bəlli oldu

“Qarabağ”ın ulduzuna pul təklifi gəlib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı” ilə oyundan (2:1) sonra futbolçularına gələn transfer təkliflərindən danışarkən ad çəkməsə də, həmin oyunçunun kimliyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, söhbət braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyodan gedir.

24 yaşlı futbolçu ötən yay “Palmeyras”dan “Qarabağ”a transfer olunub və qısa zamanda əsas heyətin aparıcı üzvlərindən birinə çevrilib. O, UEFA Çempionlar Liqasında keçirilən “Benfika” – “Qarabağ” matçının ən yaxşı oyunçusu seçilib.

Bildirilir ki, Bikalyo üçün gələn təklif əsasən maliyyə baxımından cəlbedici olub. Lakin futbolçunun “Qarabağ”la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon