5 fevral 2026
|287

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu yay İngiltərə klubundan ayrılmağa yaxın ola bilər. Bu barədə BBC məlumat yayıb.
Mənbəyə görə, “şəhərlilər” düşərgəsində ispan mütəxəssisin gələcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür və yekun qərarın mövsümün sonuna yaxın veriləcəyi gözlənilir. Bildirilir ki, Qvardiola komandada qalsa belə, 2027-ci ildə başa çatan müqaviləsini uzatması çətin görünür.
Hazırda “Mançester Siti” Premyer Liqada 24 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşıb. Komanda eyni zamanda Çempionlar Liqasının 1/8 finalına, İngiltərə Liqa kubokunun finalına və ölkə kubokunun 1/16 finalına yüksəlib.
Qeyd edək ki, 55 yaşlı Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun dönəmində klub 6 dəfə Premyer Liqa, 2 dəfə İngiltərə kuboku, 4 dəfə Liqa kuboku, 3 dəfə Superkubok qazanıb. 2023-cü ildə isə “Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi olub.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.
![[Günün Oyunu] Fransa – Mərakeş: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1783576571065-343046567.png)
Ətraflı
![[Günün Oyunu] Norveç - İngiltərə: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1783796443270-758981968.png)
Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] Yurqorden - Halmstad: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1783925125973-854289455.png)
Ətraflı
