3 yanvar 2026
|195

Arsenal Premyer Liqada uğurlu seriyanı davam etdirmək üçün şənbə günü Bornmutla səfər oyununa çıxacaq. Baş məşqçi Mikel Artetanın sözlərinə görə, Kay Haverts zədədən sonra komandaya qayıdıb və matçda ehtiyat oyunçular sırasında yer ala bilər.
Declan Raysın durumu isə hələ də qeyri-müəyyəndir. Dizində şişkinlik olan yarımmüdafiəçi Aston Villa ilə oyunu buraxıb və həftə ərzində məşqlərə qatılmayıb. Onun Bornmutla görüşdə oynayıb-oynamayacağı son anda məlum olacaq.
Kristhian Moskera, Rikkardo Kalafiori və Maks Dauman zədə səbəbindən hələ də sıradan kənardadır. Arteta bildirib ki, Raysın zədəsi gözləniləndən daha ciddi reaksiya verib, lakin ümumi zədə statistikasında son mövsümlərlə müqayisədə irəliləyiş var.
Arsenal Bornmutla oyunda 4-2-3-1 sxemi ilə çıxış edəcək. Qapıda David Raya yer alacaq. Müdafiədə Timber, Saliba, Qabriel və Hinkapi oynayacaq. Yarımmüdafiədə Rays hazır olmasa, Zubimendi və Merino cütlüyü start heyətdə olacaq. Hücumameylli yarımmüdafiəçi mövqeyində Edeqor çıxış edəcək, cinahlarda Saka və Trossar oynayacaq. Hücumun mərkəzində isə Gyökeres yer alacaq.
Kay Haverts və Qabriel Jezus ehtiyat oyunçular sırasında olacaq.

Təxmin edilən Arsenal XI: Raya; Timber; Saliba, Gabriel, Hincapie; Zubimendi, Merino; Saka, Odegaard, Trossard; Gyokeres
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.
Premium
Giriş üçün abunə olun

![[Premium] Atletiko Madrid – Barselona: Statistika və proq...](https://api.scorewatt.com/uploads/blog-1776153134190-927235931.png)
Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] Parma – Napoli: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1775986961852-535329785.png)
Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] AEK Afina – Rayo Vallecano: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1776325711168-587083628.png)
Ətraflı
