20 yanvar 2026
|83

Arsenal Çempionlar Liqasının növbəti turunda Milanda İnterin qonağı olacaq. Mikel Artetanın komandasında əsas yeniliklər Ebereçi Eze və Qabriel Jesusun start heyətinə qayıtmasıdır. London klubu turnirdəki ideal seriyanı davam etdirmək istəyir.
Rikardo Kalafiori və Piero Hinkapi hələ də zədə səbəbilə sıradan kənardadır. Kriştian Mosquera isə Nottingem Forestlə oyundan sonra yenidən heyətə cəlb olunub və San Sirodakı matçda oynaya bilər. Kay Havertz də sifarişdə olacaq.
Arteta heyətdə rotasiya ehtimalını təsdiqləməsə də, məqsədin yalnız qələbə olduğunu bildirib. Premyer Liqada Mançester Yunaytedlə oyun nəzərə alınsa da, əsas diqqət İnter matçına yönəlib.

Arsenal oyuna 4-2-3-1 sxemi ilə çıxacaq. Qapıda David Raya olacaq. Müdafiədə Timber, Saliba, Mosquera və Lewis-Skelly yer alacaq. Yarımmüdafiədə Nörgaard və Merino, hücumun arxasında isə Ebereçi Eze oynayacaq. Cinahlarda Madueke və Trossard, hücumun ucunda isə Qabriel Jesus çıxış edəcək.
Bukayo Saka, Martin Odegaard və Declan Rays oyuna ehtiyatdan başlaya bilər. Arsenalın hədəfi Milandan üç xalla qayıtmaqdır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
