Mançester Siti ilə qarşılaşmada Çelsinin gözlənilən heyəti

4 yanvar 2026

|

107

"Mançester Siti ilə qarşılaşmada Çelsinin gözlənilən heyəti: Pedro Neto geri qayıdır; Ceyms isə Kaysedonu əvəz edir"
Mançester Siti ilə qarşılaşmada Çelsinin gözlənilən heyəti

Çelsi bazar günü Etihad stadionunda Mançester Siti ilə oyunda Pedro Neto və Ris Ceymsi start heyətində meydana buraxacaq. London klubu son uğursuzluqlardan sonra Premyer Liqada toparlanmaq niyyətindədir.

Komanda ciddi itkilərlə üzləşib. Moyses Kaysedo cəza səbəbindən oyunu buraxacaq. Levi Kolvill, Romeo Lavia və Dario Essuqu zədə səbəbindən hazır deyil. Mark Kukurelya və Jorrel Hato isə oyundan öncə son tibbi yoxlamadan keçəcək. Mixail Mudrikin diskvalifikasiyası isə davam edir.

Müvəqqəti baş məşqçi Kalum Makfarleyn bildirib ki, əsas diqqət Mançester Siti oyununa yönəlib və komanda çətin rəqibə qarşı müsbət nəticə qazanmağa çalışacaq.

Çelsi oyuna 4-2-3-1 sxemi ilə çıxacaq. Qapıda Robert Sançes yer alacaq. Müdafiə xəttində Acheampong, Çaloba, Badiashil və Qusto oynayacaq. Yarımmüdafiədə Ris Ceyms və Enso Fernandes cütlüyü çıxış edəcək. Hücumameylli yarımmüdafiədə Kol Palmer, cinahlarda Pedro Neto və Alexandro Qarnaço yer alacaq. Hücumun mərkəzində isə Joao Pedro oynayacaq.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon