1 noyabr 2025
|173

“Çelsi” Premyer Liqada növbəti matçına bu şənbə günü səfərdə “Tottenhem Hotspur Stadium”da çıxacaq. Enzo Mareskanın komandası “Volvsexempton”la EFL Kubokundakı uğursuzluqdan sonra liqada qalibiyyət yoluna qayıtmaq niyyətindədir.
Komandada itkilər davam edir. Gənc hücumçu Liam Delap EFL Kubokunun 4-cü raundunda “Volvsexempton”a qarşı qırmızı vərəqə aldığı üçün bu matçda oynaya bilməyəcək. Bundan başqa, Mixailo Mudrik dopinq testindəki pozuntuya görə cəzasını çəkməyə davam edir.
Zədəli futbolçular arasında Benua Badiyaşil (əzələ), Levi Kolvill (diz), Dario Essugo (bud) və Koul Palmer (qasıq) yer alır.
Baş məşqçi Enzo Mareska matç öncəsi mətbuat konfransında bir neçə futbolçu ilə bağlı yaxşı xəbər verib. O, Moises Kaysedo, Enzo Fernandes və Joao Pedronun oynamağa hazır olduğunu bildirib:
“Onlar hazırdırlar, oynamağa tam yararlıdırlar. Joaonu ‘Volvsexempton’a qarşı qorumaq məqsədilə meydana buraxmadıq, eyni qərar Moises və Enzo üçün də keçərli idi. Sadəcə onların bərpasını mərhələli şəkildə davam etdirmək istəyirik.”
“Hazırda vəziyyət oyun-oyun dəyərləndirilir. Onlara nə qədər oyun vaxtı verəcəyimiz hər matçın gedişindən asılı olacaq. Bütün heyətdən istifadə etməyə çalışırıq, çünki indi hər kəsə ehtiyacımız var. Koul Palmer üçün də eyni plan keçərlidir, ümid edirik tezliklə geri dönəcək.”
Qapı: Robert Sançes (Filip Yorqensenin yerinə)
Müdafiə: Riss Ceyms – Uesli Fofana – Trevo Çaloba – Mark Kukurelya
Yarımmüdafiə: Enzo Fernandes – Moises Kaysedo
Hücum xətti: Pedro Neto – Andrey Santos – Estevao Villian
Hücumçu: Joao Pedro
“Çelsi” bu mövsümdə qeyri-sabit çıxış etsə də, Mareska komandasında potensialın yüksək olduğunu düşünür. Uesli Fofana və Moises Kaysedonun geri dönməsi, eyni zamanda Riss Ceymsin sağ cinahda meydana çıxması müdafiə baxımından ciddi güclənmə sayılır.
Londondakı derbidə “Tottenhem” üçün də vəziyyət asan olmayacaq, çünki “Çelsi”nin əsas hədəfi Avropa yarışları uğrunda mübarizəni davam etdirməkdir. Bu qarşılaşma həm Mareskanın taktiki çevikliyini, həm də “Çelsi”nin böhrandan çıxma potensialını göstərə bilər.

Təxmin edilən Çelsi XI: Sanchez; Ceyms, Fofana, Şaloba, Kucurella; Kaiseido, Enzo Fernandez; Estevao, Santos, Neto; João Pedro
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
