26 oktyabr 2025
|251

“La Liqa”nın lideri “Real Madrid” bazar günü “Santyaqo Bernabeu” stadionunda mövsümün ilk “El Klasiko” oyununda əzəli rəqibi **“Barselona”**nı qəbul edəcək. Komandanın baş məşqçisi Xabi Alonso qarşılaşma öncəsi bir sıra sevindirici xəbərlər alıb.
“Real Madrid”də uzun müddətdir davam edən zədə problemi aradan qalxmaq üzrədir. Müdafiəçilər Dani Karvaxal, Trent Aleksander-Arnold və Dean Huijsen tam sağalıb və “Barselona”ya qarşı oyunun iştirak ərizəsinə daxil edilib. Beləliklə, Madrid klubunun heyətindəki zədə böhranı əhəmiyyətli dərəcədə yüngülləşib.
Hazırda yalnız Antonio Rüdiger və David Alaba sıradan çıxıb. Hər iki təcrübəli futbolçu əzələ zədəsini bərpa prosesindədir.
Mətbuat konfransında danışan Xabi Alonso oyunöncəsi planları barədə bunları deyib:
“Başımda plan hazırdır. “Yuventus”la matçda iştirak edə bilməyənlərin çoxu artıq döndü. Sabah start heyətini görəcəksiniz. Hər kəs oynaya bilər, bu, taktiki və psixoloji ehtiyaclardan asılı olacaq.”
Alonso həmçinin komandanın Çempionlar Liqasındakı oyundan sonra bərpa durumunu da dəyərləndirib:
“Hər şey qaydasındadır, futbolçular motivasiyalıdır. Hər kəs “El Klasiko”nun nə demək olduğunu anlayır. “Yuventus”la matçdan sonra hamı özünü yaxşı hiss edir.”
Gənc hücumçu Raul Asensio barədə də danışan baş məşqçi qeyd edib ki, futbolçu tam hazır vəziyyətdədir və komandada vacib rola sahibdir:
“Onun üçün əsas məsələ təkcə qol vurmaq deyil, ümumi oyun keyfiyyətidir. Komanda daha yaxşılaşır və Raul bunun bir hissəsidir.”
“Real Madrid”in “Barselona”ya qarşı 4-3-3 sistemi ilə meydanda olacağı gözlənilir.
Qapıçı: Tibo Kurtua
Müdafiə: Federiko Valverde, Eder Militao, Dean Huijsen, Alvaro Karreras
(Karvaxal və Aleksander-Arnold da sağ cinah üçün alternativ sayılır)
Yarım müdafiə: Aurilien Tçuameni, Cud Bellingem, Arda Güler
(Eduardo Kamavinga və Dani Sebalyos ehtiyatda qalacaq)
Hücum: Vinisius Junior, Kilian Mbappe, Franko Mastantuono
“Real Madrid” bu oyunda həm liderlik mövqeyini möhkəmləndirmək, həm də rəqibinə psixoloji zərbə vurmaq istəyir. Komandanın aparıcı hücumçusu Kilian Mbappe “Barselona” müdafiəsinə qarşı əsas silah olacaq. Onunla yanaşı, Vinisius Junior və cəldliyi ilə seçilən Mastantuono da ön xəttdə təhlükə yaradacaq.
Müdafiədə gənc Huijsenin qayıdışı “Real” üçün önəmlidir. Onun Eder Militao ilə tandemi “Barselona”nın sürətli hücumlarına qarşı əsas dayaq sayılır.
Hər iki komanda bu matça ciddi yanaşır. “Barselona”da zədəlilər çox olsa da, Hansi Flikin komandası Bernabeuda sürpriz nəticə axtaracaq. “Real Madrid” isə həm azarkeş dəstəyinə, həm də heyət üstünlüyünə güvənir.
“El Klasiko” bazar günü, Bakı vaxtı ilə saat 19:30-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Təxmin edilən Real Madrid XI: Courtois; Valverde, Militao, Huijsen, Carreras; Guler, Tchouameni, Bellingham; Mastantuono, Mbappe, Vinicius Junior
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
